Azərbaycan Güləş Federasiyası güləşin təbliği üçün kompaniyaları davam etdirir.
Offsideplus.az xəbər verir ki, bu səfər tanınmış güləşçilər “Güləş Qarabağda” devizi ilə bu bölgədə səfərdə olublar.
Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində tədbir keçirilib.
Tədbirdə Eldəniz Əzizli, Rafiq Hüseynov, Mariya Stadnik, Rəsul Çunayev, həmçinin çimərlik güləşi üzrə milli komandanın baş məşqçisi Oyan Nəzəriani tələbələr önündə çıxış edib.
Daha sonra tələbələr güləşçilərə müxtəlif suallar ünvanlayıb və onlardan avtoqraf alıb. Sonda xatirə şəkli çəkdirilib.
Onlar Xankəndi şəhərindəki Nizami Gəncəvi adına 4 saylı orta məktəbə də baş çəkiblər.



