"Sumqayıt" futbolçusu Rüstəm Əhmədzadə üçün "Neftçi" ilə matç əlamətdar olub.

Offsideplus.az xəbər verir ki, o, bu oyunla birlikdə Misli Premyer Liqasında 100-cü oyununu keçirib.

Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

R. Əhmədzadə Azərbaycan çempionatında 2021/22 mövsümündə debüt edib.

O, üç klubun formasını geyinib: "Zirə"də 80 oyun, "Sumqayıt"da 14, "Qarabağ" isə 6 görüşdə şans qazanıb.

Rüstəm bu oyunlarda 10 qol vurmağı bacarıb.