Fransa məhkəməsi PSJ və Kilian Mbappe arasındakı məsələyə qərar verib.
Offsideplus.az xəbər verir ki, məhkəmənin qərarına əsasən Paris təmsilçisi 26 yaşlı hücumçuya 61 milyon avro ödəyəcək.
Bu məbləğ onun ödənilməmiş məvacibi və bonuslarıdır.
Bu barədə "RMC Sport" portalı məlumat yayıb.
Qeyd edək ki, Mbappe 2024-cü ilin yayında PSJ-dən ayrılaraq azad agent kimi "Real Madrid"ə qoşulub.
O, sabiq klubu ilə ödənilməyən maaşlara və bonuslara (sədaqət bonusu) görə məhkəməlik olmuşdu



