Bu gün Bakının 2026-cı ilin "Dünya İdman Paytaxtı" (“World Capital of Sports”) elan olunmasına həsr edilmiş rəsmi təqdim etmə mərasimi keçirililib.

Offsideplus.az xəbər verir ki, tədbir Bakı Şəhər İcra Hakimiyyətində baş tutub. Təqdimetmə mərasimində Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının (ACES) prezidenti Can Françesko Lupattelli, Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Respublikasının bakı şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizoz, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və digər şəxslər iştirak edib.

E.Əzizov tədbiri açıq elan edib, daha sonra isə F.Qayıbov fikirlərini bölüşüb. 

"Bu gün Monakodan bu şəhərə gətirilən rəmzi lövhəni rəsmi olaraq Bakıya təqdim edirik", deyə ACES-in prezidenti Lupatelli qeyd edib.