Qazaxıstan paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatı davam edir.

Offsideplus.az xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan Eldəniz Əzizli 5-ci dəfə dünya çempionu olub.

O, həlledici döyüşdə iranlı Payam Əhmədiyə 3:1 hesabı ilə qalib gəlib.

E. Əzizli yunan-Roma güləşdi 5 və ya daha çox dünya çempionu olan 7-ci idmançı olub.