"Kəpəz" klubunun növbəti iki ev oyunu üçün biletlər satışa çıxarılıb.
Offsideplus.az xəbər verir ki, futbol azarkeşləri həm Azərbaycan Kubokunun II təsnifat mərhələsində keçiriləcək "Baku Sportinq", həm də Misli Premyer Liqasının X turu çərçivəsindəki "İmişli" ilə qarşılaşmanın biletlərini əldə edə bilərlər.
Biletlərin qiyməti kateqoriyalardan asılı olaraq 2, 3, 5, 10 və 20 manat təşkil edir.
Satış "iticket.az" saytı vasitəsilə və Gəncə şəhər stadionunun kassalarında həyata keçirilir.
Qeyd edək ki, "Kəpəz" "Baku Sportinq"i oktyabrın 28-də, "İmişli"ni isə noyabrın 1-də qəbul edəcək.


