Misli Premyer Liqasında IX tura bu gün yekun vurulacaq.

Offsideplus.az xəbər verir ki, günün ilk oyununda "İmişli" Yevlaxda "Şamaxı"nı qəbul edəcək.

Görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

"Şamaxı" 13 xalla 7-ci yerdədir. "İmişli" isə 7 xalla 10-cu yerdədir.

MPL, IX tur

25 oktyabr (bazar)

15:00 “İmişli” – “Şamaxı”

Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Kərim Zeynalov, Ruslan Quliyev

VAR: Əliyar Ağayev

AVAR: Akif Əmirəli

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Rüfət Əmirov

Yevlax şəhər stadionu