Misli Premyer Liqasının 9-cu turunda “Neftçi” “Turan Tovuz”la heç-heçə etdi - 1:1.

Offsideplus.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında Yuri Vernidub media önünə çıxıb:

“Demək çətindir ki, 1 xal qazandıq, ya 2 xal qazandıq. İlk 20 dəqiqə ərzində rəqib daha kəskin oynayırdı. İqorun səhvi ucbatından azlıqda qaldıq. Amma azlıqda qalsaq da, daha yaxşı oynadıq. Bir qol da vurduq. Fasiləyə üstün yollandıq. Bilirdim ki, bizim üçün azlıqda oynamaq daha çətin olacaq. Demək olar ki, bütün mövqeləri bağlamışdıq. Balayevə təşəkkür edirəm ki, bizi yüzdəyüz qoldan xilas etdi. Sabah “Sabah” və “Qarabağ” oyunu olacaq. Məncə, iki xal itirdik. Buna görə məni tənqid də edə bilərsiz”.

İqor Ribeyronun qırmızı vərəqəsi ilə bağlı:

“Nə deyim? Bilmirəm onların beynində necə düşüncə olur. Sadə epizod idi. Niyə dayanıb elə edirsən? Topu çıxar da. Topa qədər 7 metr ido məsafəsi, Vacidə isə 14. Müdafiəyə basqı da yox idi. 10 aydır burdayam, görünür pis işləmişəm. Üzərimdə işləməliyəm. Deməzdim ki, İqorun aqressiyası var. Bu onun səhvi idi. Bilərəkdən etmədi”.

“Həmişə udmaq istəyirəm. “Sabah”la oyunda da udmaq istəyirdik, “Qarabağ”la da. Əsas məqam budur ki, uduzmuruq”.

Dəyişikliklər barədə: 

“Bu sizin fikrinizdir. Belə komandalarla açıq futbol oynayıb 5:1 uduzmuşduq. “Qarabağ”ka oyun da xoşuma gəlməmişdi. Daha çox topsuz idik. Azlıqda idik, oynamaq çətin idi”.

U-15 DÇ-ni canlı olaraq izləyəcəyi barədə suala mütəxəssis belə cavab verib: 

“Qrafiki öyrənmək lazımdır. O qədər işim var ki… Səhər 9-da bazaya gəlib, 7-də çıxıram. Mənim bəzi məşqçilərim axşam 11,12-də çıxır. Çoxdilli komandayıq. Yaxşı tərcüməçilərimiz olsa da, bəzən oyunçular deyiləni anlamır”.