Qazaxıstan paytaxtı Astanada güləş üzrə dünya çempionatı start götürüb.

Offsideplus.az xəbər verir ki, ilk gündə 4 yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.

Onlardan ikisi - Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) yarımfinala yüksəlməyi bacarıblar.

Murad Məmmədov (60 kq) və Qurban Qurbanov (82 kq) isə mübarizəni 1/4 finalda dayandırıb.

Onlar uduzduqları rəqiblərinin finala çıxmağına gözləyəcəklər.

Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 18:00-da (yerli vaxtla - 19:00) etibarən başlayacaq.

Qeyd edək ki, turnir noyabrın 1-nə qədər davam edəcək.