Bakıda 189 ölkənin iştirakı ilə FIFA U-15 dünya çempionatı və futbol festivalına start verilir.

Offsideplus.az xəbər verir ki, turnir çərçivəsində oktyabrın 30-dək 1000-ə yaxın qarşılaşma baş tutacaq.

Açılış günündə 92 matç planlaşdırılıb. Azərbaycan millisi ilk oyununu saat 19:30-da Bakı Kristal Zalında Timor-Leste yığmasına qarşı keçirəcək. Görüşdən əvvəl isə rəsmi açılış mərasimi təşkil olunacaq.

Qarşılaşmaların böyük hissəsi 10 meydançası olan yeni Hövsan Yarış Kompleksində keçiriləcək. Açılış və final matçlarına isə Bakı Kristal Zalı ev sahibliyi edəcək.

Milli komandamız oktyabrın 25-də Andorra (12:45) və Avstraliya (19:30), oktyabrın 26-da isə İsrail (11:30) və Haiti (18:15) yığmaları ilə üz-üzə gələcək.