"Bayern Münhen"in baş məşqçisi Vensan Kompani virus infeksiyası səbəbindən Münhendə xəstəxanaya yerləşdirilib.

Offsideplus.az xəbər verir ki, 40 yaşlı belçikalı mütəxəssis məşqdən sonra huşunu itirib və təcili tibbi yardım maşını ilə klinikaya aparılıb.

Bildirilir ki, kluba məxsus bazaya hətta helikopter də cəlb olunub.

Kompani səhhətindəki problemə görə "Leyptsiq" (6:1) və "Arsenal"la (2:2) matçlardan sonra təşkil olunan mətbuat konfranslarına qatıla bilməmişdi.

Təcrübəli mütəxəssisdə infeksiya fonunda ayaqlarında və bud nahiyəsində ağrılar yaranıb.