UFC-nin ağır çəki döyüşçüsü Aleksandr Volkov ikinci Siril Qan qarşılaşmasından sonra karyerasını başa vurmaq barədə ciddi düşündüyünü açıqlayıb.
Offsideplus.az xəbər verir ki, Volkov bu dövrdə dörd aydan çox məşq etmədiyini və daxili motivasiyasının tükəndiyini bildirib. "Elə anlar olurdu ki, karyeranı bitirmək istəyirdim. Daxili narahatlıq, uzun fasilələr, məşqlərsiz aylar... Hətta dörd aydan çox məşq etmədim. Öz-özümə qərar verdim ki, artıq döyüşməyəcəyəm. Amma sonra yenidən geri döndüm. Bu, Siril Qanla ikinci döyüşdən sonra baş verdi. O vaxt jiu-jitsu yarışlarında çıxış etdim və sanki daxili resursum tükənmişdi. Həqiqətən də karyeranı bitirmək fikrim vardı. Valideynlərim, ailəm, həyat yoldaşım, yaxın dostlarım və menecerimlə danışdım. Amma sonra düşündüm ki, hələ gücüm var və əvvəlki kimi döyüşə qayıtdım", – deyə Volkov vurğulayıb.
Aleksandr Volkov 24 oktyabr tarixində UFC 333 turnirində Rizvan Kunievə qarşı döyüşəcək. O, turnir öncəsi mətbuat konfransında Aleks Volkanovski və Dana Uayta sual ünvanlayıb.


