"Oklahoma Siti Thunder"in 2027/28 mövsümündə maaş büdcəsinin 500 milyon dollara çata biləcəyi proqnozlaşdırılır. Klubun gələcəkdəki heyətinin xərcləri ilə bağlı ESPN-in hesablamalarına görə, hazırda "Thunder"in maaşlara 250 milyon, lüks vergisinə isə təxminən 200 milyon dollar ayırması gözlənilir. Bu isə ümumilikdə 450 milyon dollar deməkdir. Lakin bu məbləğ qarşıdakı NBA dreftində əldə olunacaq üç birinci raund seçimini əhatə etmir.

Offsideplus.az xəbər verir ki, proqnoza əsasən, "Thunder"in 2027-ci il dreftində 4-cü ("Klippers"), 23-cü ("Denver Naqgets") və 29-cu ("San Antonio Spurs") seçimləri olacaq. Komandanın Nikola Topiç, Tomas Sorber və Ceylin Uilyams üçün də seçim imkanı var. Bildirilir ki, "Thunder" bütün dreft seçimlərini və oyunçuları heyətdə saxlaya bilməyəcək və nəticədə heyət limiti aşılacaq. Ekspertlər hesab edir ki, klubun büdcəsi dreftdən sonra 500 milyon dollara yaxınlaşacaq. Klub rəhbərliyinin isə bu məsələ ilə bağlı bir neçə əsas strategiya hazırladığı vurğulanır. Şərhçilər bildirir ki, "Thunder" bu qədər böyük məbləğ ödəməyəcək və heyətdə dəyişikliklər qaçılmaz olacaq. Şərhlərdə qeyd olunub: "Hər kəsin öz problemi var, amma hamı belə problemlərin olmasını istərdi."