"Anadolu Efes" EuroLeague-in 7-ci turunda doğma meydançada "Beşiktaş"ı 89:80 hesabı ilə məğlub edib və mövsümdə üçüncü qələbəsini qazanıb. Bu nəticə ilə hər iki İstanbul təmsilçisinin turnirdəki göstəricisi 3-4 olub.

Offsideplus.az xəbər verir ki, qaliblər arasında Kameron Peyn 22 xalla fərqlənib və sonuncu hissənin ilk 11 xalını özü əldə edib. Kollin Malkolm fasiləyədək 15 xal toplayıb, Dario Şariç 14, Santi Yusta isə 13 xalla yadda qalıb. "Efes" ilk hissəni 57:36 öndə başa vurub, lakin "Beşiktaş" son hissəyə qədər fərqi 8-ə endirib. Qonaqların heyətində Yucin Omoruyi 16, Ceylen Novell isə 14 xal toplayıb.