"Qolden Steyt Uorriors"un təcrübəli oyunçusu Draymond Qrin komandanın yeni üzvü Yaksell Lendeborqun "Los Anceles Leykers"lə oyunda Luka Donçiçlə yaşadığı söz atışmasına münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, Qrin bu barədə belə deyib:

"Düşünürəm, hamı deyəcək ki, "Niyə Luka Donçiçə qarşı belə davrandı? Onunla belə danışmaq olmaz". Mən bununla qətiyyən razı deyiləm. Əgər kiməsə nəsə demək istəyirsənsə, bunu deməyə davam et. Əgər o səni üstələyəcəksə, yenə də qarşılaşacaqsınız və sən bir daha ona söz atacaqsan. Bu liqada hamı deyir ki, bəzi oyunçulara hörmət etmək lazımdır. Mən liqaya belə bir düşüncə ilə gəlməmişəm. Hörmət qazanılmalıdır. Hamı deyir ki, 'yeni oyunçu dərsini aldı'. Hansı dərs? Növbəti dəfə onunla qarşılaşanda yenə də ona sözünü de!"

Yaksell Lendeborq isə bildirib: "Luka Donçiçin daim şikayət etməsi və gileylənməsi səbəbindən ona olan bütün hörmətimi itirdim."