Vinisius Juniorun karyerasında geriləmə davam edir.
Offsideplus.az Opta agentliyinə istinadən xəbər verir ki, hücumçu son iki qarşılaşmada – “Roma” və “Leypsiq”lə oyunlarda rəqiblərini driblinqlə keçməyə bir dəfə də cəhd göstərməyib. Bu, forvardın şəxsi antirekordu hesab olunur.
Vinisius cari mövsümdə keçirdiyi 11 oyunda cəmi bir dəfə fərqlənib. O, “Real Madrid”in heyətində son 9 matçda qol vura bilməyib.
Qeyd edək ki, Vinisius Junior sonuncu dəfə avqustun 26-da İspaniya La Liqasında “Real Sosyedad”la qarşılaşmada fərqlənib.


