UFC 333 turniri 24 oktyabrda Əbu-Dabidə keçiriləcək. Gecənin əsas qarşılaşmasında Aleksandr Volkanovski yarımyüngül çəki üzrə çempionluq kəmərini Movsar Evloevə qarşı müdafiə edəcək. Volkanovski 28 qələbə və 4 məğlubiyyət, Evloev isə 20 qələbə ilə məğlubiyyətsiz seriyaya sahibdir.

Offsideplus.az xəbər verir ki, həmtitul döyüşündə Petr Yan və Merab Dvalişvili üçüncü dəfə bantam çəki üzrə kəmər uğrunda qarşılaşacaq. Turnirin digər maraqlı döyüşləri sırasında Aleksandr Volkov – Rizvan Kuniyev, Ramazan Temirov – Lone Kavana, Losene Keita – Aaron Pico, Azamat Murzakanov – Dominik Reyes, Nikita Krılov – Abdul-Rahman Yahyayev və Abus Magomedov – Kemeron Rouston cütlükləri yer alıb. Turnir Bakı vaxtı ilə saat 18:00-da başlayacaq, əsas kart isə saat 22:00-da start götürəcək.