Julian Nagelsmann 'Mançester Yunayted'in baş məşqçi postuna əsas namizədlərdən biri hesab olunur.

Offsideplus.az xəbər verir ki, İngiltərə klubu hazırda Maykl Kerrikin əvəzlənməsi üçün alman mütəxəssisi nəzərdən keçirir. Buna baxmayaraq, Kerrikin 'Bornmut'la qarşıdakı Premyer Liqa oyununa qədər vəzifəsində qalacağı gözlənilir.

Qeyd olunur ki, 'Mançester Yunayted' ötən mövsümün sonunda da Nagelsmannı baş məşqçi postuna gətirməyi planlaşdırıb, lakin sonda Kerriki daimi baş məşqçi kimi təsdiqləyib. Klub rəhbərliyi digər namizəd kimi Fabian Hurtseleri də bəyənir, lakin alman mütəxəssis yaxın günlərdə 'Brayton'la müqaviləsini uzadıb.