UEFA Türkiyənin "Trabzonspor" klubunu cərimələyib.
Offsideplus.az xəbər verir ki, buna səbəb komandanın Finlandiyada "KuPS"a qarşı keçirdiyi UEFA Konfrans Liqasının I turunun oyununda baş verənlər olub.
Meydana azarkeşin daxil olması ucbatından klub 15 000 avro, stadiona vurulan ziyana görə isə 5 000 avro cərimələnib. Superliqa təmsilçisi qırılan 13 oturacağın məbləğini də ödəməli olacaq.
Qeyd edək ki, "Trabzonspor" Finlandiyada keçirilən matçda 4:2 hesabı ilə qalib gəlib.


