Superliqanın VIII turunda “Fənərbağça” "Qalatasaray"la qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, "Sarı-lacivərdlər" derbidən öncə itkilərini açıqlayıb.
“Fənərbağça” matçda Marko Asensionun xidmətindən yararlana bilməyəcək. Dizindən əməliyyat olan 29 yaşlı futbolçunun 3 ay meydanlardan uzaq qalacağı bildirilir. Həmçinin Natan Ake də "Qalatasaray"a qarşı oyunda iştirak etməyəcək.
Qeyd edək ki, “Qalatasaray” - “Fənərbağça” görüşü oktyabrın 26-da keçiriləcək.


