FIFA sosial şəbəkə hesabında Azərbaycan U-15 dünya çempionatına hazırlıqla bağlı paylaşım edib.


Offsideplus.az qurum Bakıda keçiriləcək turnirlə bağlı paylaşdığı postda Hövsan Yarış Kompleksinin hazır vəziyyətə gətirildiyini qeyd edib:

"Bura 66 günə AFFA tərəfindən ərsəyə gətirilib. Azərbaycan FIFA U-15 dünya çempionatı və festivalına hazırdır".

Qeyd edək ki, U-15 dünya çempionatı və festivalı oktyabrın 22-30-da Hövsan Yarış Kompleksində baş tutacaq. Yarışın ilk oyunları oktyabrın 24-də start götürəcək.