"Liverpul"un sabiq müdafiəçisi Ceymi Karrager "Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeşin komandanın taktikası ilə bağlı dediklərinə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, Çempionlar Liqasının ümumi mərhələsinin 3-cü turunda "Mançester Yunayted" "Komo"ya 1:4 hesabı ilə uduzduqdan sonra portuqaliyalı futbolçu belə deyib: "Məşqçilər heyəti fərdi pressinq etməməyi, boşluq qoymağı qərara aldı. Amma bəzən daha cəsarətli olmaq və risk etmək lazımdır".

Karrager isə Fernandeşin bu davranışını belə dəyərləndirib: "Brunu Fernandeşin etdikləri utancvericidir. O, ötən mövsüm ən yaxşı oyunçu mükafatını qazandı və bu, Maykl Kerrikin baş məşqçi olmasından sonra mümkün oldu. Əgər Kerrik olmasaydı, bu mükafatı almazdı. Kerrik onu düzgün mövqeyə qaytardı və nəticədə Fernandeş möhtəşəm mövsüm keçirdi, çünki o, istedadlı futbolçudur. Amma yanaşma və işə münasibət baxımından bu, tamamilə səhvdir. O, belə reaksiya verdi, çünki əvəz olundu".

Maykl Kerrik isə "Komo"ya 1:4 hesablı məğlubiyyətdən sonra Fernandeşin sözlərinə belə münasibət bildirib: "Əgər müdafiədə işləməsən, hansı taktikadan istifadə etməyindən asılı olmayaraq, qalib gələ bilməzsən".