Portuqaliyalı yarımmüdafiəçi Bernardu Silva "Barselona" ilə qarşıdakı La Liqa oyunu barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Bernardu Silva bu qarşılaşmanın böyük əhəmiyyət daşıdığını bildirib: "Bu, çox vacib oyundur. Biz hazırda 6 xal geri qalırıq. Fərq 3-ə enə, 9-a arta və ya olduğu kimi qala bilər – bu, önəmlidir. Qarşıda çox önəmli oyun var və biz ona böyük qətiyyətlə yanaşmalıyıq ki, yaxşı nəticə göstərək. Mövsüm yeni başlasa da, bu xallar bizim üçün son dərəcə vacibdir".
Hazırda Madrid təmsilçisi 9 oyundan sonra 21 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. "Barselona" isə 27 xalla liderdir.


