Kay Haverts Çempionlar Liqasının qrup mərhələsində "Bavariya" ilə keçirilən 2:2 hesablı oyundan sonra fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, "Arsenal"ın hücumçusu nəticənin ədalətli olduğunu bildirib: "Əlavə qol vurmaq üçün bir neçə imkanımız oldu, lakin "Bavariya"nın da şansları vardı. Bu, yüksək səviyyəli oyun idi. Həm komandalar, həm də azarkeşlər üçün maraqlı qarşılaşma alındı. Oyunumuzla fəxr edə bilərik, xüsusilə də bu stadionda rəqibə qarşı mübarizə aparmaq asan deyil. "Bavariya" Avropanın ən güclü klublarından biridir. Ona görə də nəticədən razı qala bilərik, baxmayaraq ki, daha çox istərdik".


