Bu gün basketbol üzrə FIBA Avropa Kubokunda qrup mərhələsinin 3-cü tur oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, turnirdəki təmsilçilərimiz "Neftçi" və "LANDAU Lions" növbəti matçlarına səfərdə çıxıblar.

G qrupunda mübarizə aparan "LANDAU Lions" Danimarkada "Bakken Bearz" ilə üz-üzə gəlib. Qarşılaşmanın qalibi overtaym qələbəsi ilə "Bakken Bearz" olub.

H qrupunda yer alan "Neftçi" İsveçrədə "Friburq"un qonağı olub və 78:73 hesabı ilə uduzub.

FIBA Avropa Kuboku, 3-cü tur (21 oktyabr)

G qrupu

20:30. "Bakken Bearz" – "LANDAU Lions" 91:88 (17:19, 15:18, 30:22, 19:22, 10:7)

H qrupu

22:00. "Friburq" – "Neftçi" 78:73 (15:18, 20:13, 25:22, 18:20)