UEFA Çempionlar Liqasının Liqa mərhələsində 3-cü turun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Offsideplus.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
“Mançester Siti”dən Fil Foden, “Komo”dan Niko Pas, “Napoli”dən Skott Maktominey və “Liverpul”dan Rio Nquma bu ada namizəd olublar.
Qeyd edək ki, qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.


