Almaniya və Türkiyə gənclər yığmalarının sabiq üzvü, "Bayer Leverkuzen" və "Qalatasaray"ın keçmiş futbolçusu Kerem Demirbay milli komanda seçimi ilə bağlı peşmanlığını dilə gətirib.

Offsideplus.az xəbər verir ki, Demirbay 2017-ci ildə Konfederasiyalar Kubokunda Almaniya yığmasının heyətində iki oyunda iştirak edib. O, bundan əvvəl Türkiyənin gənclər komandalarında çıxış edib.

"Məndə türk qanı axır. Atam da, anam da türkdür. Mən türkyəm. Türkiyə millisində oynamaq istəyirdim və federasiya ilə bu məsələ üzərində bir il yarım işlədik. Lakin bəzi səbəblərə görə, hansı ki, onları açıqlaya bilmirəm, Almaniyanı seçdim. Almaniya üçün qol vurduqdan sonra formanı çıxardım və belimdə Türkiyə xəritəsinin konturunu əks etdirən döyməni hamı gördü. Bundan sonra məni bir daha milliyə çağırmadılar. Almaniya millisində oynadığıma görə peşmanam və indi də dəvət alsam, bu addımı təkrarlamazdım. Mən türkyəm və Türkiyə millisinin formasını heç vaxt geyinmədiyim üçün həmişə təəssüflənəcəyəm", – deyə Demirbay jurnalist Yağız Sabuncuoğluna müsahibəsində bildirib.