"Ölkəmiz FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırdır".

Offsideplus.az xəbər verir ki, bu barədə AFFA prezidenti Rövşən Nəcəf şəxsi instaqram hesabında paylaşım edib:

"Dünyanın 189 ölkəsindən gənc futbolçuların qatılacağı bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq. İnanıram ki, bu tədbir iştirakçılara beynəlxalq təcrübə, yeni dostluqlar və unudulmaz anlar qazandıracaq. Millimiz də daxil olmaqla, bütün komandalara uğurlar arzulayıram. Əziz gənc futbolçular, böyük həvəslə oynayın, ədalətli mübarizə aparın və hər anından zövq alın. Bəlkə də gələcəyin futbol ulduzları ilk böyük addımlarını məhz burada atacaqlar. Azərbaycana, Bakıya xoş gəlmisiniz!".

Qeyd edək ki, U-15 dünya çempionatı və festivalı oktyabrın 22-30-da Hövsan Yarış Kompleksində baş tutacaq. Turnirin açılış və final görüşü Bakı Kristal Zalında keçiriləcək. Yarışın ilk oyunları oktyabrın 24-də başlayacaq.