Misli Premyer Liqasının 9-cu turunda “Sabah” “Qarabağ”ı “Sabah Arena”da qəbul edəcək.

Offsideplus.az xəbər verir ki, Masazırda keçirdiyi oyunları və azarkeşlərini unutmayan klubun yeni stadionunda “Masazır tribunası” fəaliyyət göstərəcək.

Bu tribuna “Sabah”ın Masazırla bağlı xatirələrinin, eləcə də azarkeşlərin sevgisi və sədaqətinin rəmzi olacaq.

Qeyd edək ki, “Sabah” – “Qarabağ” qarşılaşması oktyabrın 25-də saat 18:00-da başlayacaq.