"Bayern Münhen"in futbolçusu Luis Diasın sol budunun arxa hissəsində əzələ yırtığı aşkarlanıb və onun 4-6 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Offsideplus.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Kolumbiyalı cinah oyunçusu Çempionlar Liqasında "Arsenal"la keçirilən qarşılaşmada (2:2) zədələnib.
Bu səbəbdən Diasın ən azı "Frayburq", "Maqdeburq", "Borussiya Dortmund", "Atletiko", "Maynts" və "Köln"lə oyunları buraxacağı ehtimal olunur.


