UEFA Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda "Beşiktaş" İstanbulda "Kristal Palas"ı qəbul edib.

Offsideplus.az xəbər verir ki, ilk hissədə yeganə qolu "qara qartal"ın yarımmüdafiəçisi Vilfred Ndidi vurub.

"Kristal Palas" fasilədən sonra hesabı öz xeyrinə dəyişməyi bacarıb - 2:1.

Görüşdə isə son nöqtəni Junior Olaytan qoyub - 2:2.

"Beşiktaş" xalını 7-yə yüksəldib və hazırda 8-ci yerdədir. "Kristal Palas" isə 4 xalla 15-ci yerdədir.

Qarşılaşmanın qollarını sizə təqdim edirik: