Fransa qapıçısı Mayk Menyan Avropa Liqasının qrup mərhələsində "Milan"ın "Bornmut"a qarşı oyununda aldığı qırmızı vərəqə barədə danışıb.

Offsideplus.az xəbər verir ki, birinci hissədə Menyan iki əli ilə yarımmüdafiəçi Tayler Adamsın üzünə toxunduğu üçün meydandan kənarlaşdırılıb. O, hadisəyə münasibət bildirərkən bunları deyib:

"Hərəkətlərim qəsdən deyildi. Hər bir qapıçı kimi cərimə meydanımda özümə yer açmaq istəyirdim. Təəssüf ki, bu, xüsusilə bizi izləyən gənc azarkeşlərin gözündə mənfi təsir yaratdı. Klubda, heyətdə və komanda yoldaşlarım arasında necə insan olduğumu yaxşı bilirlər. Onlar niyyətlərimdən xəbərdardırlar və komandamı yarı yolda qoymaq heç vaxt planımda olmayıb. Bəzi insanlar və media baş verənləri fərqli şəkildə şərh etməyə meyllidir, buna öyrəşmişik".