Misli Premyer Liqasında IX tur bu gün start götürəcək.
Offsideplus.az xəbər verir ki, açılış oyunu Şamaxıda baş tutacaq.
Ev oyunlarını burada keçirən "Araz-Naxçıvan" "Qəbələ"ni qəbul edəcək.
Hər iki komanda turnir cədvəlinin son pillələrində yer alır.
"Araz-Naxçıvan" 2 xalla sonuncu, "Qəbələ" isə 4 xalla 10-cu yerin sahibidir.
MPL, IX tur
23 oktyabr (cümə)
15:00. "Araz-Naxçıvan" – "Qəbələ"
Hakimlər: Əkbər Əhmədov, Vüsal Məmmədov, Gülnurə Əkbərzadə, Fərid Hacıyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Tərlan Talıbzadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şamaxı şəhər stadionu


