Tanınmış hücumçu Robert Levandovski gələcəkdə futbolçuların uzun müddət yüksək səviyyədə qalmasının çətin olacağını bildirib.
Offsideplus.az xəbər verir ki, 38 yaşlı sabiq "Barselona" və "Bavariya Münhen" oyunçusu bu barədə fikirlərini bölüşüb: "Gələcəkdə bizim kimi uzun müddət zirvədə qalmaq mümkün olmayacaq. Bu gün gənc futbolçular üçün hər şey daha asan başa gəlir. Bizim nəsil uğur qazanmaq üçün daha çox vaxt və səbir tələb edirdi. İllərimizi bu yolda sərf edirdik. İndi isə gənclər üçün hər şey çox sürətlə baş verir. Düşünürəm ki, uzun müddət zirvədə qalmaq çətin olacaq, çünki onlar karyeralarına daha tez başlayırlar. Axı onlar da adi insanlardır. Bəli, onlar möhtəşəm oyunçulardır və bizim nəslə nisbətən daha tez yüksək səviyyəyə çatırlar, amma məhz buna görə bu səviyyədə qalmaq onlara daha çətin olacaq. Söhbət psixologiyadan yox, fiziki yorğunluqdan gedir. Uzun illər yüksək səviyyədə oynamaq asan deyil. Daim həm fiziki, həm də psixoloji cəhətdən üzərində işləmək lazımdır. Əgər başlanğıcda hər şey çox asan alınırsa, zaman keçdikcə, nə qədər çalışsanız da, zirvədə qalmaq üçün lazım olan motivasiyanı itirə bilərsiniz. Bir anda ən vacib olan o aclığı – zirvədə qalmaq istəyini itirirsiniz".


