Bakı tarixdə ilk dəfə təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi edir.
Offsideplus.az xəbər verir ki, beynəlxalq turnirdə FIFA-ya üzv olan 189 ölkənin assosiasiyalarını təmsil edən komandalar mübarizə aparırlar.
Ümumilikdə 4000-ə yaxın gənc futbolçu, məşqçi və rəsmi şəxsin qatıldığı çempionat çərçivəsində 1000-ə yaxın qarşılaşmanın keçirilməsi nəzərdə tutulub.
Oyunların böyük əksəriyyətinə ev sahibliyi edəcək Hövsan Yarış Kompleksi turnirə tam hazır vəziyyətə gətirilib.
Qısa müddətdə inşa olunan kompleksdə 10 futbol meydançası eyni anda 20 oyunun keçirilməsinə uyğunlaşdırılıb və yarışın yüksək səviyyədə təşkili üçün bütün zəruri infrastruktur yaradılıb.


