Azərbaycan Basketbol Liqasında (ABL) IV turun oyunlarına start verilib.

Offsideplus.az xəbər verir ki, turun ilk matçında "Sabah" öz meydanında "Naxçıvan"ı qəbul edib.

Milli Gimnastika Arenasında təşkil olunan qarşılaşma qonaqların 88:83 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticə ilə uğurlu seriyasını davam etdirən Muxtar Respublika təmsilçisi çempionatda ardıcıl 3-cü qələbəsini rəsimləşdirib.