"Arsenal" və "Liverpul" "Qalatasaray"ın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakovun transferində maraqlıdır.
Offsideplus.az xəbər verir ki, hər iki klubun nümayəndələri çərşənbə günü 21 yaşlı futbolçunu canlı izləmək üçün Fransasya yollanıblar.
"Sarı-qırmızılar"ın 4:2 hesablı qələbəsi ilə başa çatan matçda fərqlənən Batrakov skautların rəğbətini qazanmağı bacarıb.
Rusiya klublarına tətbiq edilən sanksiyalar səbəbindən Premyer Liqa təmsilçiləri futbolçunu birbaşa "Lokomotiv"dən transfer edə bilmirdilər. Lakin onun 25 milyon avroya "Qalatasaray"a keçidi bu maneni aradan qaldırıb.
Qeyd edək ki, "Qalatasaray" heyətində 6 oyunda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan Batrakovu "Mançester Yunayted", "Çelsi" və "Mançester Siti" kimi nəhənglər də yaxından izləyir.


