"Bayern Münhen"in idman direktoru Maks Eberl məşq zamanı huşunu itirərək xəstəxanaya kaldırılan baş məşqçi Vensan Kompaninin səhhəti barədə məlumat verib.
Offsideplus.az xəbər verir ki, mütəxəssis belçikalı çalışdırıcının vəziyyətinin stabil olduğunu bildirib:
"Ən yaxşı xəbər odur ki, onun vəziyyəti stabildir. Hər kəs üçün çətin anlar idi. Kompani meydanda huşunu itirdi və hazırda xəstəxanadadır. Hadisənin dəqiq səbəbini müəyyənləşdirmək və müayinələri yekunlaşdırmaq üçün o, daha bir neçə gün xəstəxanada qalacaq. Futboldan daha vacib şeylərin olduğunu, səhhətin hər şeydən üstün təşkil etdiyini bir daha gördük. Bütün klub olaraq Vensana tezliklə sağalmağı arzulayırıq. O, yalnız tam bərpa olunduqdan sonra işinin başına qayıdacaq".


