"Barselona"nın yarımmüdafiəçisi Rodri "Real Madrid"lə qarşıdakı El-Klasiko oyunu öncəsi fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, La Liqanın 10-cu turunda "Kamp Nou"da keçiriləcək qarşılaşma barədə danışan Rodri bildirib:

"Bəli, Parisdə PSJ-yə qarşı uğursuzluq yaşadıq (Çempionlar Liqasında 2:4 hesabı ilə məğlub olduq), amma əvvəlki əhval-ruhiyyəmizi və eyni tempdə davam etmək istəyimizi qoruyuruq. "Real Madrid"in oyun üslubu bizdən fərqlidir, lakin belə matçlarda rəqabət ruhu həmişə olur və bu dəfə də madridlilərin tam gücü ilə oynayacağını gözləyirik. Düşünürəm ki, son 6-7 El-Klasikoda onlar yalnız birində qalib gəliblər, buna görə indi revanş almaq istəyirlər".

Qeyd edək ki, "Barselona" - "Real Madrid" oktyabrın 25-də baş tutacaq.