"Çelsi" və "Mançester Yunayted" "Sportinq"in vingeri Flavio Qonsalvesin transferində maraqlıdır.

Offsideplus.az xəbər verir ki, 19 yaşlı portuqaliyalı futbolçunun müqaviləsində 60 milyon avroluq təzminat maddəsi yer alıb.

Lakin İngiltərə klubları gənc hücumçunu 45-50 milyon avro dəyərində qiymətləndirir və qışda bu məbləği təklif etməyi planlaşdırırlar.

Qeyd edək ki, "Sportinq"lə 2030-cu ilə qədər müqaviləsi olan Qonsalves bu mövsüm keçirdiyi 9 matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.