Deyan Kulusevski uzun fasilədən sonra ilk dəfə meydana çıxıb.
Offsideplus.az xəbər verir ki, "Tottenhem"in yarımmüdafiəçisi İngiltərə Premyer Liqasının 7-ci turunda "Koventri" ilə oyunun ikinci hissəsində, 87-ci dəqiqədə Məhəmməd Kudusun əvəzinə meydana daxil olub.
İsveçli futbolçu sonuncu dəfə 2025-ci ilin mayında "Kristal Pelas"a qarşı keçirilən qarşılaşmada oynayıb və həmin görüşdə dizindən aldığı zədə səbəbindən 526 gün yaşıl meydanlardan uzaq qalıb.


