Eyd Cey Dibança zədəsini bərpa etdikdən sonra yenidən fərdi məşqlərə start verib. "Vaşinqton Vizards" rəhbərliyi gənc forvardın tezliklə meydana qayıdacağına ümid edir.
Offsideplus.az xəbər verir ki, komandanın baş məşqçisi Brayan Kif Dibançanın vəziyyətinin gündəlik olaraq izlənildiyini bildirib. Qeyd edək ki, "Vaşinqton Vizards" yeni NBA mövsümündə ilk oyununu "Miluoki Baks"a qarşı keçirəcək.


