Tanınmış rusiyalı mütəxəssis Sergey Taşuyev Pep Qvardiolanın məşqçilik fəaliyyəti və oyun üslubu barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, 67 yaşlı mütəxəssis Qvardiolanın tətbiq etdiyi topa maksimum nəzarət, hücumların çoxluğu və pressinqin onun üçün də önəmli olduğunu deyib. Taşuyev bildirib ki, bu istiqamətlərdə işləməyə Qvardiola hələ futbolçu olan vaxtdan başlayıb.

"Qvardiolanın etdiyi işlər mənə xoş gəlir və mən də eyni prinsipləri tətbiq etməyə çalışıram. Onun komandalarının üslubu mənim də təbliğ etdiyim futboldur. Bu, tamamilə normaldır. "Barselona"nın oyun üslubunun əsasını ilk olaraq Yohan Kroyff qoyub. O, bu futbolun banisidir. Hansi Flik də hazırda eyni üslubu tətbiq edir və buna görə ona da dəyər vermək lazımdır", – deyə Taşuyev qeyd edib.

O əlavə edib: "Qvardiola ilə eyni ideyalara sahibik. Onun məqalələrini oxuyanda düşünürəm ki, mən də eyni işləri görürəm. Ya o bizdən öyrənib, ya da biz ondan".