UFC-nin keçmiş çempionu Petr Yan Merab Dvalişvili ilə keçiriləcək növbəti döyüş öncəsi açıqlama verib. Yan bildirib ki, Dvalişvili özü ikinci qarşılaşmada psixoloji cəhətdən sındığını etiraf edib və bu səbəbdən ona mətbuat konfransında sərt cavab verib.
Offsideplus.az xəbər verir ki, Petr Yan bu barədə belə danışıb: "Ən vacibi odur ki, o özü etiraf etdi ki, mən onu daha təvazökar etmişəm. Mən ona qarşı kobud davranmamışam. Sadəcə, konfransda sual veriləndə o, bəhanələr gətirməyə başladı və mən dedim: ‘Ağzını bağla, bizim döyüşün tarixi artıq bəllidir’. Fakt budur ki, ikinci döyüşdə mən fərqli çıxış etdim. Birinci döyüşdə onu vurmamışdım. Özünüz də müsahibəni eşitmisiniz – o özü dedi ki, ikinci raundda sındı".
Qeyd edək ki, Petr Yan və Merab Dvalişvili arasında növbəti döyüş 24 oktyabrda UFC 333 turnirində, Əbu-Dabidə baş tutacaq.


