Misli Premyer Liqasının 8-ci turu başa çatdı. Bu tur da maraqlı oyunlarla yadda qaldı. Mövsümün tamaşaçı rekordu məhz ötən futbol həftəsində qeydə alındı: nə az, nə çox, 30 800 azarkeş oyunları stadionlarda canlı izlədi. Tur həm də möhtəşəm geridönüşlərlə yadda qaldı.

"Şamaxı" 3:2 "Şəfa" 

Tura Şamaxıda start verildi. Bölgənin eyni adlı komandası “Şəfa”nı məğlub etdi. Azər Bağırovun kollektivi ikinci hissədə iki top fərqi ilə geridə olsa da, nəinki hesabı bərabərləşdirməyə, hətta qələbə topunu vurmağa da nail oldu. “Şəfa”nın uğursuz gedişatı isə davam etdi. Onlar ardıcıl 6-cı oyundur məğlub olur. “Şirlər” isə bu qələbə ilə 5-ci pilləyə yüksəldi.

"Sumqayıt" 2:1 "Araz-Naxçıvan" 

İkinci geridönüş günün digər matçında qeydə alındı. “Sumqayıt” fasiləyə məğlub yollandığı oyunda “Araz-Naxçıvan”dan 3 xal almağı bacardı. Keyfiyyətin o qədər də yüksək olmadığı qarşılaşmada ev sahibləri bir neçə real qol şansını əldən versələr də, sonda sevinən tərəf oldular. Bu qələbə ilə “kimyaçılar” xal ehtiyatını 8-ə çatdırdılar və 8-ci pilləyə qalxdılar.

"Qəbələ" 0:4 "Sabah"

Son çempion “Sabah” isə “Qəbələ” səfərində çətinlik çəkmədi. “Bayquşlar” 3 xalı 4 qolla qazandılar. Aleksey İsayev dubl edərək oyunun ən yaxşılarından biri kimi diqqət çəkdi. Coy-Lens Mikels də öz səviyyəsini ortaya qoydu. Bu qələbə ilə “Sabah” vahid liderliyi ələ keçirdi.

"Qarabağ 3:3 "Neftçi"

Mərkəzi qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutdu. “Qarabağ” “Neftçi”ni qəbul etdi. İstər azarkeşlərin sayı, istərsə də oyun dinamikası baxımından əsl avrokubok ab-havası yaşandı. “Neftçi” hesabda geri düşmədi, lakin yekunda üstünlüyünü qoruya bilmədi. 6 qolun vurulduğu matçda qalib müəyyənləşmədi. “Qarabağ”ın futbolçusu Kadi Borges son saniyə qolu ilə komandasını məğlubiyyətdən xilas etməyi bacardı.

"İmişli" 1:0 "Turan Tovuz"

İmişli” isə “Turan Tovuz”dan üstün oldu. Oyundan sonra Kurban Berdiyev də Yevlax təmsilçisinin qələbəyə layiq olduğunu bildirdi. “İmişli” türkmənistanlı baş məşqçini elə öz silahı ilə qol vurub müdafiə olunmaq taktikası ilə məğlub etdi. “Turan Tovuz” hələ də 4-cü pillədə qalsa da, bir oyun az keçirən lider “Sabah”dan 5 xal geridədir.

"Kəpəz" 1:0 "Zirə"

Turun son qarşılaşması Gəncə Şəhər Stadionunda keçirildi. “Kəpəz” ilə “Zirə” arasındakı oyun Azərbaycan derbisi kimi olduqca yüksək səviyyədə keçdi. Xüsusilə tribunalar möhtəşəm idi: 13 800 azarkeş matçı canlı izlədi. Hər iki komanda, xüsusən də “Kəpəz” qələbəyə çox yaxın idi. “Zirə”nin hücumçusu Davit Volkov komandasını yenilgidən xilas edə bildi. Zirə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov bu oyunda da beşli müdafiə sistemi ilə mübarizə apardı. Bu nəticədən sonra “Kəpəz” ilə “Zirə” arasındakı 1 xallıq fərq sabit qaldı.

Turun oyunçusu: Aleksey İsayev