Oktyabrın 24-dən noyabrın 1-dək Qazaxıstanın paytaxtı Astanada keçiriləcək dünya çempionatı üçün Azərbaycanın güləş millilərinin heyəti açıqlanıb.

Offsideplus.az xəbər verir ki, "Barıs Arena"da baş tutacaq mundialda ölkəmizi ümumilikdə 23 güləşçi təmsil edəcək. Yarışda həmçinin I-S dərəcəli referilərimiz Asif Şirəliyev və Sədi Quliyev ədaləti qoruyacaqlar.

Milli komandalarımızın heyəti aşağıdakı kimidir:

Yunan-Roma güləşi: Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Nihat Məmmədli (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Qurban Qurbanov (82 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq), Sərxan Məmmədov (130 kq).

Baş məşqçi: Məhəmməd Bəna.

Qadın güləşi: Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (59 kq), Birgül Soltanova (65 kq).

Baş məşqçi əvəzi: Toğrul Əsgərov.

Sərbəst güləş: İslam Bazarqanov (57 kq), Nürəddin Novruzov (61 kq), Rəşid Babazadə (65 kq), Kənan Heybətov (70 kq), Turan Bayramov (74 kq), Cəbrayıl Hacıyev (79 kq), Arseniy Djioyev (86 kq), Ali Tsokayev (92 kq), Maqomedxan Maqomedov (97 kq), Giorgi Meşvildişvili (125 kq).

Baş məşqçi: Xetaq Qazyumov.

Qeyd edək ki, çempionatda gündüz seansının görüşləri Bakı vaxtı ilə saat 09:30-da, axşam seansının matçları isə 17:00-da başlayacaq.