UFC döyüşçüsü Rizvan Kuniev qarşıdakı Aleksandr Volkovla döyüş barədə fikirlərini bölüşüb. O bildirib ki, Volkov təcrübəli idmançıdır və ağır çəkidə onu Rusiyanın ikinci ən böyük MMA əfsanəsi hesab edir. Kunievin sözlərinə görə, Volkov M-1 və "Bellator"da çempion olub, artıq bir neçə ildir UFC-nin zirvəsində yer alır və hazırda əsas iddiaçıdır.
Offsideplus.az xəbər verir ki, Kuniev Volkovun öz ölçülərindən və məsafədən düzgün istifadə etdiyini, universal döyüşçü olduğunu vurğulayıb. O qeyd edib ki, Volkovun son döyüşündə Jailton Almeida heç nə edə bilməyib. Kuniev əlavə edib ki, Aleksandr hazırda karyerasının ən yaxşı dövrünü keçirir və bu, Las-Veqasda braziliyalı dostları ilə birgə keçirdiyi məşqlərin nəticəsidir. "Onun həm ölçüləri, həm də hücumçu güləşi və qrapplinqi güclüdür", – deyə Kuniev bildirib. Volkov–Kuniev qarşılaşması 24 oktyabrda UFC 333-də baş tutacaq.


