“Təəssüf ki, növbəti dəfə məğlubiyyəti şərh edirəm”. 

Offsideplus.az xəbər verir ki, bu sözıəri “Şəfa”nın baş məşqçisi Zaur Həşimov deyib.

Mütəxəssis Misli Premyer Liqasının IX turunda “Kəpəz”ə qarşı keçirdikləri matç haqqında fikirlərini bölüşüb:”Yaxşı başlamışdıq, sonradan üstünlüyü ələ alıb hətta qol da vurduq. 

Uşaqlar həddindən artıq gərgindirlər və bu gərginliyi üzərlərindən ata bilmirlər. Ancaq oyun sxemimiz yeni qurulan komanda üçün yaxşıdır. Düşdüyümüz durum bizi kədərləndirir. Ağır vəziyyətdir”.

Qeyd edək ki, “Kəpəz”in qollarını 74-cü dəqiqədə penaltidən Şakir Seyidov, 80-ci dəqiqədə Blessinq Olabiran vurublar. Meydan sahiblərindən 55-ci dəqiqədə Maudo Jarjue fərqlənib.