Abu-Dabidə keçirilən UFC 333 turnirində yarımyüngül çəki dərəcəsində titul döyüşü baş tutub. Qarşılaşmada Aleks Volkanovski (29-4) ilə Movsar Evloyev (20-1) üz-üzə gəlib. Bu, Evloyevin UFC-də ilk titul döyüşü olub.
Offsideplus.az xəbər verir ki, döyüş ikinci raundun sonuna beş saniyə qalmış Volkanovskinin nokautu ilə başa çatıb. Beləliklə, Volkanovski ardıcıl üçüncü qələbəsini qazanıb. Evloyev isə UFC-dəki on döyüşlük uğurlu seriyasını dayandırıb və peşəkar karyerasında ilk dəfə məğlub olub.


