Almaniyalı mütəxəssis Feliks Maqat "Qızıl top" mükafatına layiq gördüyü futbolçuların adlarını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, sabiq "Bavariya Münhen" baş məşqçisi özünün ilk üçlüyünü belə müəyyənləşdirib:
1. Mark Kukurelya. "O, dünya səviyyəli sol cinah müdafiəçisidir, daim düzgün mövqedə olur, fiziki cəhətdən güclüdür və demək olar ki, ikili mübarizələrdə uduzmur. Müdafiədə öz cinahını bağlayır və hücumlara da qoşulur. Kukurelya İspaniya millisinin dünya çempionatındakı qələbəsində böyük rol oynayıb".
2. Rodri. "O, İspaniya millisinin mərkəzində oyunun tempini müəyyənləşdirir və dünya çempionatında turnirin ən yaxşı futbolçusu seçilib".
3. Fabian Ruys. "Mənim favoritlər siyahımda üçüncü yeri tutan daha bir ispaniyalı dünya çempionudur. O, Rodri ilə əla anlaşır və komandanın balansına, sabitliyinə cavabdehdir. Bundan əlavə, "Pari Sen-Jermen"lə birlikdə Çempionlar Liqasının qalibi olub".


